Astarada oğurluqla məşğul olan şəxslər tutulub
- 28.12.2015, 09:49,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Astarada yeli sakinlərin mal-qarasını oğurlamaqda, eləcə də ərzaq mağazalarından oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb.
Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, saxlanılan şəxslər - Astaranın Şahağac kənd sakinləri Şamxal Mirzəyev, Arif Cabbarov və Ramil Tarifzadə qrup halında birləşərək, ayrı-ayrı vaxtlarda həmkəndlilərinə məxsus xırda buynuzlu mal-qaranı, ərzaq mağazalarından isə nağd pul, tütün məmulatları və mobil telefon danışıq kartlarını oğurlamaqla şübhəli bilinirlər.
İlkin araşdırmalar nəticəsində onların əmlak sahiblərinə ümümilikdə 1611 manat dəyərində maddi ziyan vurduqları müəyyənləşdirilib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.