Bakıda qadın yaxını tərəfindən vuruldu
- 08.06.2013, 17:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün axşam saatlarında Bakının Xəzər rayonunda 31 yaşlı qadın bıçaqlanıb.
Rayon Polis İdarəsinin 2-ci polis bölməsindən ANS-ə verilən əmlumata görə, saat 19:20 radələrində 1982-ci il təvəllüdlü Nuranə Aslanova bıçaqlanıb. Qadın qarın, belə və əl nahiyəsindən bıçaqlanıb. Onu huşsuz vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
İlkin araşdırmalar zamanı N.Aslanovanın mübahisə zəmnində yaxını tərəfindən vurulduğu məlum olub. Lakin vuranın adı hələlik istintaq sirri olduğu üçün açıqlanmır.
Hazırda qadının qanını tökən şəxs axtarılır. Polisdən artıq onun izinə düşdüklərini bildiriblər.