Azərbaycanın sığorta bazarının artımı 5 faizi keçib
- 29.12.2015, 12:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 milyon manat sığorta haqqı toplanıb, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur. Bu barədə Trend Azərbaycan Sığortaçılar Assosiasiyasının yaydığı məlumata istinadən xəbər verir.
11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.