"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb

"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb Milli Məclisin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qərar layihəsi layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən təqdim olunub.

R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: “Bu mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır".

Milli Məclisin spikeri Oktay Əsədov qərar layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri