Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq - Manatın məzənnəsi bu kursda olacaq

Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq - Manatın məzənnəsi bu kursda olacaq Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.


Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.


"Bununla əlaqədar bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.


Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri