ABŞ-ın üç böyük şəhərində terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib
- 31.12.2015, 12:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Barak Obama Nyu-York, Los-Anceles və Vaşinqtonda terror təhlükəsi barədə xəbərdar edilib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terror təhlükəsi barədə B. Obamanın keçirdiyi təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirilib.
Lakin müşavirədə o da qeyd olunub ki, bu, təsdiqlənmiş məlumat deyil və bir mənbədən alınıb. Xəbərdarlıqda terrorun harada baş verəcəyi də dəqiq göstərilməyib.
Bununla belə, xəbərdarlıqla əlaqədar federal və yerli qüvvələr yeni il şənliklərinin keçirildiyi yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.