Dollar daha bir ölkənin valyutasını üstələdi
- 31.12.2015, 12:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyanın milli valyutası real xarici valyuta bazarında növbəti dəfə dəyərini itirib.
ANS-in məlumatına görə, valyutanın dəyəri 2 faiz ucuzlaşdıqdan sonra 1 dollar 3.96 reala bərabər olub. Bu ilin əvvəlində Braziliya realı, ümumilikdə, 33 faiz dəyər itirib və 2015-ci ildə ən çox dəyərdən düşən valyutalar sırasındadır. Realın ucuzlaşmasına səbəb isə, ölkənin iqtisadi tənəzzül dövrü keçirməsidir.
Hökumətin büdcəni balanslaşdıra bilməməsi, həmçinin, prezident Dilma Rusefə qarşı ittiham cəhdləri də valyuta məzənnəsinin düşməsinə səbəb olan digər amillərdəndir.
Rusef 2014-cü ilin büdcə layihəsini hazırlayarkən qanunları pozmaqda ittiham olunurdu.
Braziliyanın dövlət neft şirkəti "Petrobras" əməkdaşlarının rüşvətxorluqda ittiham olunması da ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olub.