Şri Lankada güclü leysan yağışları 5 nəfərin həyatına son qoyub, 17 nəfər itkin düşüb
- 09.06.2013, 17:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şri Lanka adasında tüğyan edən leysan yağışları səbəbindən 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb, 17 balıqçı isə itkin düşüb.
APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, hərbi-dəniz donanması və helikopterlərin köməyi ilə 20 balıqçı xilas olunub. Ölənlərdən 4-ü balıqçıdır, bir nəfər isə yıxılan ağacın altında qalaraq ölüb. Ölkənin cənub-şərqində mussonların fəallaşması ilə bağlı fırtına xəbərdarlığı elan olunub.