XİN: İlkin məlumata görə Dubayda yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: İlkin məlumata görə Dubayda yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"Azərbaycan Respublikasının Dubay Əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsini Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır".

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda mehmanxanada baş verən yanğın hadisəsi ilə bağlı deyib.

"Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, dekabrın 31-də yeni ilin gəlişinə az qalmış Dubaydakı çoxmərtəbəli “Address Downtown” mehmanxanasında yanğın baş verib.

Yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.
Şərhlər
Siyasət bölməsinin xəbərləri