Azərbaycanda bayram günlərində yol qəzaları ilə bağlı statistika açıqlanıb
- 02.01.2016, 13:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.