Novruz bayramında 8 gün evdə olacağıq

Novruz bayramında 8 gün evdə olacağıq 2016-cı ildə Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlanıb.



Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən gələn il 20, 21, 22, 23 və 24 mart tarixləri mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.



Həmçinin 6-7 iyul tarixlərində Ramazan, 12-13 sentyabrda isə Qurban bayramıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri