Ucar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib
- 10.06.2013, 01:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ucar rayonunun Qazyan kəndində kütləvi zəhərlənmə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, kənddən bir ailənin 8 üzvü rayon mərkəzi xəstəxanasına müraciət edib və onlara zəhərlənmə diaqnozu qoyulub.
Məlumata görə, zəhərlənənlər Ələsgər, Teymur, Sərxan, Aygün, Məleykə, Zeynəb, Fuad, Leyla Əliyevalardır. Zəhərlənənlərdən 3-ü azyaşlıdır.
Onların bazardan alınan pomidordan zəhərləndikləri bildirilir.
Həkimlərin bildirdiklərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib. Onların qidadan zəhərləndikləri məlum olub.
Hazırda xəstəxanada olan şəxslərin vəziyyəti stabildir.