Bakıda 47 yaşlı qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin binasından düşərək ölüb

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.



Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.



Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.



Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri