Azadlıq meydanında avtomobil 15-16 yaşlı qızı vuraraq öldürüb

Azadlıq meydanında avtomobil 15-16 yaşlı qızı vuraraq öldürüb Bakıda ağır yol qəzası baş verib.


APA-nın məlumatına görə, iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.


Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.


Hadisə yerində olan polislər bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.




Şəkili böyütmək üçün tıkla:

Azadlıq meydanında avtomobil 15-16 yaşlı qızı vuraraq öldürüb
Şərhlər
Hadisə bölməsinin xəbərləri