Artur Rəsizadə və Arseniy Yatsenyuk arasında telefon danışığı olub
- 07.01.2016, 11:25,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın baş naziri Arseniy Yatsenyuk və Azərbaycanın baş naziri Artur Rəsizadə arasında telefon danışığı olub.
APA-nın “nbnews.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, iqtisadi sahədə əməkdaşlıq, Ukrayna mallarının Azərbaycana çatdırılması və tranzit kimi məsələlər tərəflər arasında əsas müzakirə mövzuları olub. Baş nazirlər lazımi texniki məsələlərin razılaşdırılması üçün yaxın vaxtlarda səlahiyyətli nümayəndələrin görüşünün təşkil olunması ilə bağlı razılığa gəliblər.