Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb

Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıbBakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb.


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.


Belə ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.



Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.



Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.



Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri

Hadisə bölməsinin xəbərləri