Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək
- 07.01.2016, 17:56,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Avropa İttifaqı ilə imzaladığı viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq etməyə başlayacaq.
APA-nın "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, həmin ölkələrin sırasına Azərbaycan da daxildir.
Əsas məqsəd Suriya, Əfqanıstan kimi ölkələrdən Avropaya miqrant axınını əngəlləməkdir. Türkiyə öz vətəndaşları üçün viza sərbəstliyinə nail olmağın əvəzində bu sahədə üçüncü ölkələrə yönəlmiş siyasətini Aİ normaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürüb. Bu səbəblə, Aİ-nin viza rejimi tətbiq etdiyi bütün ölkələrə Türkiyə də viza tətbiq etməlidir.