Liviyada terror aktı nəticəsində ölənlərin sayı 65-ə, yaralananların isə - 100-ə çatıb
- 07.01.2016, 23:18,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölən şəxslərin arasında dinc sakinlərin də olduğu bildirilir.
Partlayış nəticəsində 100-dən çox insan yaralanıb.
Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.