Almaniyanın Köln şəhərində iğtişaşlar zamanı iki polis və bir jurnalist xəsarət alıb

Almaniyanın Köln şəhərində polis kansler Angela Merkelin istefasını tələb edən PEQİDA antiislam hərəkatının aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, futbol fanatlarının da qatıldığı aksiya iştirakçıları miqrantlara dəstək aksiyasının iştirakçılarına və polis əməkdaşlarına şüşə qabları və fişənglər atıb. Buna cavab olaraq polis su şırnaqlarından istifadə edib. Toqquşmalar zamanı iki polis və bir jurnalist xəsarət alıb.

Qeyd edək ki, Kölnün mərkəzində qadınların Yeni il gecəsi miqrantlar tərəfindən zorakılığa məruz qalmasına qarşı, eyni zamanda irqçiliyə qarşı və miqrantlara dəstək aksiyaları təşkil olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri