Röya Məlahət Abbasovanın cavabını verdi

Röya Məlahət Abbasovanın cavabını verdi Əməkdar artist Röya Ayxan aktrisa Məlahət Abbasovanın onun haqqında dediyi "Onun Bəyazın verilişinə ehtiyacı yox idi" sözlərinə sərt cavab verib.


Müğənni "Top kimi şou"da M.Abbasovanı təhqir edib:


"50 ildir gedib Türkiyədə oturan biri hələ heç bir iş görməyib. İnstaqramda haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Ötən il bir mahnı işləyirdim. Həmin aktrisanın köhnə filmini içinə qoyub, özünü çəkəcəkdim. Heç özünün xəbəri yox idi. Sonra dedim, "ağəz, get, işinlə məşğul ol. Sən heç kimin yadında da deyilsən, səni yenidən niyə çıxarım ki? Mən Türkiyəyə gedəndə sən heç İnstaqramda paylaşdın ki, "Mənim Azərbaycanımın gözü gəlir Türkiyəyə"? Sən mən gedəndə də deyirsən ki, "Hörmətsiz". Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, ürəyim partlayardı".


R.Ayxan "Bəyaz şou"da sadəcə bir mahnı oxumasına da aydınlıq gətirib:


"Artıq Türkiyə müğənnisi kimiyəm. Mən hər yerə "Kesin bilgi" ilə çıxmalıyam. Çoxları "Bəyaz şou"dakı qısa çıxışıma görə məni qınadı. "Bəyaz şou"da kənardakı səhnəyə çıxan, mahnısını oxuyub gedir. Ora yeni mahnını təqdim etmək üçündür. Bəyazın azərbaycanlılara hörməti olduğu üçün məni yola salmadı, otuzdurdu yanında. Hər insanın işinə hörmət bəsləyirəm. Amma heç kim mənim qədər Türkiyədə iş görmədi, heç görməyəcək də. Çünki ən doğru yolda olan bizik. İnsanların seçimi də mənəm. Manana Azərbaycandadır. Hansı dildə danışır, oxuyur? Əlbəttə, Azərbaycan dilində. Bu gün Röya Moskvaya gedibsə, rus dilində, Türkiyədədirsə, türkcə danışmalıdır. Hansısa radioya getdimsə, dedilər, öz mahnından oxu. Dedim, oxumuram. Çünki mənim mahnılarım onlarınkından bahadır. Vaxt gələcək, onlar "Sənə görə"yə ağlayacaqlar".


Röya "Bəyaz şou"da yenidən iştirak edəcəyini açıqlayıb.


Qeyd edək ki, M.Abbasova Röya haqqında bunları yazmışdı:


"Verilişin bitməsinə 10 dəqiqə qalmış dəvət olunan, Bəyazın dediyi kimi "Azərbaycanın Riannası"na sadəcə, 1 mahnı oxutdurdular. İlk görəndə qürur hissi keçirdim. Ailəlikcə gözlədik ki, ikinci və üçüncü mahnı da oxusun, amma olmadı. Məncə, bu başqa ölkədən gələn sənət adamına təhqir, hörmətsizlik idi. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranmırlar. Menecer belə bir şeyi necə qəbul edib? Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala, xətrin qalmasın deyə bir mahnı ilə verilişə qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın. Min əziyyətlə gəldiyiniz yeri, hörmətinizi bir proqrama görə itirməyin. Bu birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbləşirəm. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Bəyazın proqramı gözəl və reytinqlidir. Ora qatılarkən hər şeydən əvvəl peşəkar sənət insanı olaraq, prestijinizi zədələməyin".



milli.az, axsam.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri