Göygöldə meşədə öldürülən şəxsin kimliyi məlum olub, qətli törədən tutulub
- 10.01.2016, 16:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygöldə meşədə meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın məlumatına görə, yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib.
Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.
____
Göygöldə meşədə meyit tapılıb.
APA-nın məlumatına görə, bu gün rayonun Şəhriyar kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Tapılan şəxsin kimliyi hələlik məlum deyil.
Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.