Xırdalanda yanğın olub, 5-i azyaşlı olmaqla, 25 nəfər təxliyə olunub

Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri