Məktəblərdə ixtisar gözlənilirmi? - Rəsmi mövqe
- 12.01.2016, 15:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Təhsil Nazirliyi büdcəyə qənaət etmək məqsədi ilə orta məktəblərdə bəzi ştatların ləğv oluna bilməsi ehtimalına aydınlıq gətirib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev Trend-ə bildirib ki, məktəblərdə ştatların ləğv edilməsi və işçilərin ixtisar edilməsi nəzərdə tutulmur: “Belə bir plan hələ ki, yoxdur. Məktəblərdə ştatların, yaxud müəllimlərin ixtisarı olmayacaq”.