Azərbaycanın xarici işlər naziri Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 7-də Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.



APA-nın xəbərinə görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi brifinqdə bildirib.



Nazirin sözlərinə görə, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və məzmunu müzakirə olunub.



Nazir deyib ki, vasitəçilər prezidentlərin görüşü ilə bağlı fəaliyyətlərini davam etdirirlər: “Amma biz istəyirik ki, görüş məzmunlu olsun, görüş xatirinə görüş keçirilməsin”.



E. Məmmədyarov onu da deyib ki, həmsədrlərin planlarına əsasən, iyunun sonunda onlar yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək istəyirlər: “Hələ məlum deyil ki, bu görüş hansı formatda olacaq. Hələlik bununla bağlı müzakirələr gedir. Onlar yenə də regiona gələ bilərlər. Hər halda belə bir görüş iyunun sonu üçün planlaşdırılır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri