Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub

Bakı metrosunda özünü qatarın altına atan kişinin şəxsiyyəti müəyyənləşib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurov olması müəyyən edilib.



Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.



***


Bakı metrosunda intihar hadisəsi baş verib.



APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.



40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.



Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri