DSMF pensiyaların artırılması ilə bağlı təkliflər hazırlayır

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.



Fondun İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, qarşıya qoyulmuş vəzifələrlə bağlı DSMF tərəfindən hazırlanacaq yeni təkliflər ictimaiyyətə təqdim olunacaqdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri