Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

APA-nin məlumatına görə, bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, bu gün yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri