Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.



APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.



Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri