İlhamə Quliyeva: "Oğlum evdədir, onu heç kim saxlamayıb"
- 14.01.2016, 15:35,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Oğlumun saxlanılmağı ilə bağlı yayılan xəbərlər yalandır".
Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, xəbər qərəzli olaraq yayılıb: "Bunu bizim ailəmizi istəməyən adamlar, qulluqçumun adamları yayıb. Oğlum evdə, ailəsinin başındadır. Özü oxuyub, mənə zəng edir, gülürdü".
İ. Quliyeva oğlunun dostu Vüqar Bəşirovun da saxlanılmasını təkzib edib.
Qeyd edək ki, "musavat.com" saytı İ. Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması barədə xəbər yayıb.