FİFA “Real” və “Atletiko” klublarına transfer qadağası qoyub

Madridin “Real” və “Atletiko” klublarına yeni oyunçuları qeydiyyatdan keçirməyə icazə verilməyəcək. APA xəbər verir ki, bu barədə FİFA rəsmi məlumat yayıb.



Cəza hazırkı transfer dönəminə tətbiq olunmayıb. Həmşəhərlilər növbəti 2 “transfer pəncərəsi”ndə, yəni bu ilin yayında və gələn ilin qışında aldıqları futbolçuların adlarını sifariş ərizəsinə daxil edə bilməyəcəklər.



FİFA-nın İntizak Komitəsi Madrid klubları ilə bağlı araşdırma apardıqdan sonra bu qərarı qəbul edib. Araşdırmaya isə hər iki komandanın 18 yaşa çatmamış futbolçuların transferində qanun pozuntusuna yol verməsi səbəb olub. FİFA-nın qaydalarına əsasən, bu cür transferlər ciddi şəkildə qadağan edilib.



Madrid klublarına həmçinin pul cəzası tətbiq olunub. Belə ki, “Atletiko” 900 min, “Real” isə 360 min İsveçrə frankından keçməli olacaq.



FİFA klublardan transfer məsələlərində yol verdiklərini qanunsuzluğu 90 gün ərzində aradan qaldırmağı tələb edib.
Şərhlər
İdman bölməsinin xəbərləri