“Əl-Qaidə” Burkina-Fasoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
- 16.01.2016, 10:37,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" hotelində silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rabitə naziri bildirib.
İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.
***
"Əl-Qaidə” Burkina-Fasonun paytaxtı Uaqaduquda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın məlumatına görə, hücum “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” tərəfindən təşkil olunub.
Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” hotelinə hücum edib. Dəqiqləşdirilməmiş məlumatlara görə, hadisə nəticəsində ölən və girov götürülənlər var.
Hoteldə adətən əcnəbi vətəndaşlar, beynəlxalq təşkilatların nümayəndələrinin qaldığı qeyd olunur. Fransa və Rusiyanın Burkina-Fasodakı diplomatik missiyaları insidentin terror aktı olmasını təsdiqləyiblər.
Xatırladaq ki, ötən il noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülmüşdü. “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı”nın üzərinə götürdüyü hadisə nəticəsində 27 nəfər həyatını itirmişdi.
***
Burkina-Fasonun paytaxtı Uaqaduquda bir neçə partlayış baş verib, şəhərdə atışma səsləri eşidilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə BMT əməkdaşlarının yerləşdirildiyi “Splendid” hotelində qeydə alınıb.
Hoteldə əsasən əcnəbi vətəndaşların qaldığı bildirilir. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.