Azərbaycanda bacı qardaşının 400 min manatını oğurlayıb

Azərbaycanda bacı qardaşının 400 min manatını oğurlayıb Azərbaycanda 400 min manatdan çox oğurluq faktının üstü açılıb.


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Nəzarət Xanəhmədzadə 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, qəsəbədəki evindən pəncərədən girmək yolu ilə qardaşı Cəsarətə məxsus, içərisində 187 635 ABŞ dolları, 1500 rubl və 244 309 manat (cəmi 400 min manata yaxın) pul olan seyfin oğurlanmasını bildirib.



Aparılmış araşdırmalar zamanı Nəzarət Xanəhmədzadənin seyfi evinin damında gizlətməsi, polisə isə yalan məlumat verməsi müəyyən edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri