Aİ və ABŞ İranın üzərindən götürülən sanksiyaların təfsilatlarına dair direktivlər yayıblar

Aİ və ABŞ İranın üzərindən götürülən sanksiyaların təfsilatlarına dair direktivlər yayıblar Avropa İttifaqı və ABŞ İranın üzərindən götürülən sanksiyaların təfsilatlarına dair direktivlər yayıblar. Bu ölkənin potensial iqtisadi tərəfdarlarının istiqamətləndirilməsi məqsədi ilə edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

“Avropa İttifaqı və ABŞ İranın üzərindən götürülən sanksiyaların təfsilatlarını əks etdirən direktivlər yayıblar. Bu xarici ölkələrin İranın iqtisadi inkişafında iştirakının dəstəklənməsi məqsədilə edilib”, deyə Moqerini İranın nüvə probleminə dair sazişin implementasiyası haqqında birgə bəyanatı elan edərkən bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri