“Səs Azərbaycan”ı tənqid etdi - “Estrada can verir...”
- 17.01.2016, 12:32,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəstəkar-aparıcı Murad Arif “Səs Azərbaycan” layihəsini tənqid edib.
“Qafqazinfo”nun məlumatına görə, Murad milli estradanın can verdiyini vurğulayıb.
Aparıcı bildirib ki, şou verilişlərinin əksəriyyətindən əyalət kababxanasının qoxusu gəlir:
“Aylardır ki, televiziyaya baxmırdım. “Pult”u tapdım və ilk dəfə “Səs Azərbaycan”a baxdım. Mənfiləri qabartmayacam. İdeal heç nə yoxdur. Amma ciddi bir məsələyə toxunacam. Mən niyə münsiflər arasında yoxam? Yox, bu bir zarafatdır. Ciddi məsələ odur ki, Azərbaycan FM-lərində səslənən ümumi musiqinin heç olmazsa 50 faizi milli pop olmalıdır. Nə qədər ki, kanalların musiqi siyasəti daha çox toy meyillidir.
Şou verilişlərinin əksəriyyətindən əyalət kababxanasının qoxusu gəlir. Kanal redaktorları, veriliş rəhbərləri, aparıcılar. RNB-ni souldan, funk-ı popdan ayırla bilmir. Bunlara görə belə layihələr və istedadlı gənclər yaranıb unudulacaq. Necə ki, Eurovisionda parlayan gənclər ölkə kanallarına uyğun gəlməyib kənara çəkilir. Milli pop və estrada can verir. Efirlərdə ya folk səslənir (bu gözəldir), ya da ki, Əfqanıstan...”