Azərbaycan ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
- 18.01.2016, 09:24,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvarın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Bəzi rayonlarda havanın temperaturun gecə 2-7 dərəcə şaxta, dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.