Murad Dadaşov təyyarədə qorxulu anlar yaşadı

"Həmin gün məni Allah qorudu".

Bu sözləri əməkdar artist Murad Dadaşov bu yaxınlarda təyyarədə başına gələn bədbəxt hadisə haqda axar.az-a danışarkən deyib. O, həmin an çox qorxduğunu bildirib:

"Mən tez-tez aeroportda oluram, həmişə xarici ölkələrə gedib-gəlirəm. Hətta orada işləyən işçilərlə dostluq münasibətlərimiz belə yaranıb. Heç vaxt təyyarələrdə problemim olmayıb. Amma mən Yeni il gecəsi Londondan İstanbula gələndə təyyarə yellənməyə başladı. Hamı çox qorxurdu. Mən özüm də çox pis olmuşdum. Ağlıma birinci övladlarım gəldi. Ən çox da kiçik oğlumu düşündüm. Axı o məni hələ çox az görüb. Min şükür ki, Allah üzümüzə baxdı və sağ-salamat qurtula bildik".



day.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri