Göyçayda 19 yaşlı qız özünü asıb

Göyçay rayonunda intihar hadisəsi baş verib.



APA-nın xəbərinə görə, hadisə Göyçay şəhərinin N. Nərimanov küçəsindəki 130 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Yusifli Aytac Kamil qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. 19 yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub.



Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri