"The Algemeiner": Azərbaycanın ən böyük sərvəti tolerantlıq və qarşılıqlı hörmətdir
- 18.01.2016, 12:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mediada bəzən iddialar səslənir ki, Azərbaycan dünyəvi ölkə olduğu üçün tolerantdır. Lakin bu, qədim və dərin mənası olan bir dəyərə münasibətdə səthi yanaşmadır. Azərbaycanda dinlərarası dözümlülük din yoxluğu ilə bağlı deyil. Azərbaycanda dini həyat olduqca canlıdır və bütün dinlər, inanclar üçün ibadətgahlar mövcuddur”.
APA-nın xəbərinə bu barədə “The Algemeiner” nəşrində İsrael Baroukun (İsrail) müəllifi olduğu “Azərbaycan: Antisemitizmə qarşı olan müsəlman millət” adlı məqalədə bildirilir.
Yazıda qeyd edilir ki, Azərbaycanda kifayət qədər rəngarəng yəhudi icması var və ABŞ-dan fərqli olaraq burada yaşayan yəhudilər antisemitizm problemi ilə üzləşmirlər.
“Azərbaycan yəhudiləri Azərbaycanda özlərini təhlükəsiz hiss edirlər. Dinlərarası harmoniya və multikulturalizm məktəblərdə öyrədilməli, mediada təbliğ edilməlidir. Azərbaycanın ən böyük təbii sərvəti tolerantlıq və qarşılıqlı hörmətdir”, - deyə məqalədə vurğulanıb.