Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb
- 10.06.2013, 17:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb.
APA-nın məlumatına görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir.
Yaxınlarının verdiyi məlumata görə, M. Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.
M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.