Bakıda nənə və nəvəni maşın vurub, onlardan biri ölüb, digəri xəsarət alıb

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



APA-nın məlumatına görə, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri