Bakıda Olimpiya stadionunun tikintisi üçün ərazi təmizlənir

Bakıda Olimpiya stadionunun tikintisi üçün ərazi təmizlənir "Ekol mühəndislik xidmətləri" QSC ötən il Bakının Sabunçu rayonunda Olimpiya stadionunun tikintisi üçün nəzərdə tutulan ərazidən 738 min ton kanalizasiya suyu çıxarılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QSC-nin rəhbəri Ramil Əliyevin "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

"Hazırda ərazinin təmizlənməsi üzrə işlər uğurla davam edir" , - Əliyev qeyd edib.

Qeyd edək ki, ərazinin kanalizasiya sularından təmizlənməsi üzrə işlər ötən ilin mayında başlayıb və QSC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial Müdafiə İdarəsi ilə bağlanan müqavilə əsasında həyata keçirilir. Ərazinin çirkab sularından təmizlənməsi ilə QSC-nin Tullantıların idarə edilməsi departamenti məşğul olur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri