Azərbaycandan kapitalın çıxarılmasına 20%-lik yığım tətbiq edilir
- 19.01.2016, 11:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində valyuta və kapital hərəkəti əhəmiyyətli dərəcədə liberallaşdırılır.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında deyib.
Sədr bildirib ki, bu qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilən təcrübədir. Qanun layihəsinin mahiyyəti barədə məlumat verən E. Rüstəmov bildirib ki, qanun layihəsi kapital və valyutanın hərəkətinin liberallaşdırılmasına əsaslanır. “Kapitalın və valyutanın hərəkətinin liberallaşdırılması o deməkdir ki, ölkəyə kapital axını liberallaşdırılır. Biz bir daha düşündük ki, kapital və valyuta hərəkətinə tam qadağa da qoymaq olardı. Bu, o demək idi ki, ölkəyə kapital axını da qəbul edilməsin. Sadəcə biz bu qanun layihəsinə görə, ölkədən kapital çıxarılmasına məsələsində yığım tətbiq etdik. Məsələn, bunlardan biri birbaşa xaricə investisiyalar, əmlakın alınması və xaricdə hesabların açılmasıdır. Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanlar təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməklə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. “Valyuta tənzimi haqqında” qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir”, - deyə E. Rüstəmov qeyd edib.