Azərbaycanda ödəniş kartı ilə əməliyyat aparan zaman pozuntuya yol verənlərə qarşı cəzalar sərtləşir
- 19.01.2016, 11:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ödəniş kartı ilə valyuta əməliyyatları aparan zaman icbari yığımın ödənilməməsinə görə ağır cəzanın tətbiq edilməsi təklif olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə yeni əlavələr layihəsi təqdim olunub.
Məcəlləyə 222.5-ci maddənin ("ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə, fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin 100%-i miqdarında cərimə edilir") əlavə edilməsi təklif olunur.
Layihə Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi iclasında müzakirəyə çıxarılacaq.