Gəncədə piyadanı xilas etmək mümkün olmayıb
- 20.01.2016, 13:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə yanvarın 20-si gecə saat 2 radələrində şəhərin Əkbər Babayev küçəsi ilə İsmət Qayıbov küçəsinin kəsişməsində baş verib. Yolu keçmək istəyən 62 Gəncə şəhər sakini Akif Cəfərovu avtomobil vurub. Yaralı dərhal Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə çatdırılıb.
Bədənin çoxsaylı travması diaqnozu ilə qəbul edilən yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.