Gəncədə 32 yaşlı kişi itkin düşüb
- 10.06.2013, 18:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 32 yaşlı kişi itkin düşüb. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Kəklik Həsənova polisə müraciət edərək oğlunun itkin düşməsi barədə məlumat verib.
O, qeyd edib ki, övladı, 1981-ci il təvəllüdlü Qadir Həsənov mayın 2-də evdən çıxıb, bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.