Nazir müavini: “Azərbaycanda nəqliyyat tarifləri artırılmayacaq”

“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”.

Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var elə də qalacaq:

“Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”.

Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri