Rusiya XİN: Litvinenkonun məsələsi siyasiləşdirilib
- 21.01.2016, 17:29,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Xarici İşlər Nazirliyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) sabiq zabiti Aleksandr Litvinenkonun ölümü ilə bağlı Böyük Britaniyada aparılan istintaqın nəticəsini siyasi cəhətdən qeyri-obyektiv və qeyri-şəffaf olduğunu açıqlayıb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Təəssüf ki, cinayət işi tamamilə siyasiləşdirilib və ikitərəfli münasibətlərə kölgə salıb. Aydındır ki, “ictimai dinləmə”lərin başlaması barədə qərar konkret siyasi motivdən xəbər verir”, - deyə o, söyləyib.
M. Zaxarova deyib ki, Litvinenkonun ölüm şəraitinin araşdırılması ilə bağlı istintaq “məxfilik” bəhanəsi ilə qapalı keçirilib, nə ictimaiyyət, nə də Rusiya tərəfi üçün şəfaf olmayıb.
Qeyd edək ki, Böyük Britaniyanın London Kral Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsinin icraçıları kimi Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy və rusiyalı iş adamı Dmitri Kovtonun adlarını çəkib. Məhkəmə prezident Vladimir Putinin də bu işdə əli ola biləcəyini bəyan edib.