Mərkəzi Bankın valyuta ehtiyatları ötən il 8,7 mlrd. dollar azalıb
- 22.01.2016, 16:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il yanvar ayının 1-ə 5 mlrd. 16,7 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 mlrd. 741,6 mln. dollar və ya 2,74 dəfə azdır.
AMB-dən APA-ya verilən məlumata görə, noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 1 mlrd. 228,9 mln. manat və ya 19,67% azalıb.
Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları bu səviyyədə 2009-cu ilin avqust 30-da olub.