Bakıda tükürpədən bir hadisə olub. 3 günlük körpə küçəyə atılıb. Valideyni tərəfindən küçəyə atılan körpə, hazırda 1 saylı körpələr evində saxlanılır. Uşaq ayyarımlıqdır və ona bütün lazımi qulluq göstərilir. Körpə sağlamdır, səhhətində heç bir problemi yoxdur. Problem odur ki, valideynləri aşkarlanmadığı təqdirdə körpə yalnız 3 yaşınadək burda qalmalı olacaq. Valideynin kimliyi hələlik polislər üçün də qaranlıq qalıb və hazırda, polis 3 günlük körpəsini küçəyə atan valideynlərı axtarır.
Nizami rayon polis idarəsinin əməkdaşları körpəni bu ilin aprel ayının 26-da rayonun R.Rüstəmov küçəsi, ev 76, mənzil 143-ün qarşısında tapıblar. Elmi Tədqiqat Pediatriya İnstitutuna təhvil verilən körpə lazımi müayinə və müalicələrdən keçirilib, Körpə tapıldığı zaman çəkisi 2 kq 400 qram, boyu 48 sm-dir.
Hazırda, Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işinə başlanılıb və körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.