Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır"
- 25.01.2016, 09:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Gürcüstan hökuməti hələlik Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gələ bilməyib. Yaxın günlərdə "Qazprom" rəsmiləri ilə növbəti görüşümüz baş tutacaq. Düşünürəm ki, biz yekun razılığa gələ biləcəyik".
Bunu APA-ya bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, "Qazprom" ilə aparılan danışıqlar və əldə olunacaq nəticə Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcək: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalacaq. Mən hər zaman bunu demişəm. Bizim "Qazprom"la danışıqlarımız həm də SOCAR-ın marağındadır, çünki bizim yanacaq balansımız var. Biz çox həcmdə qazdan istifadə edirik. SOCAR-ın isə texniki problemləri var. SOCAR Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir. Lakin gələcəkdə yatırılan investisiyalar nəticəsində SOCAR bu problemi aradan qaldıracaq".